Avropa çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır

13.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır.

Sfera.az xəbər verir ki, VII qrupda yer alan komanda İslandiya ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VII qrup

13 noyabr


14:00. Azərbaycan – İslandiya

Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).

Kişinyov, "Zimbru-2" stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью