Avropa çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır İdmanXəbər

13.11.2024

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır.

İdmanxeber.az-ın məlumatına görə, VII qrupda yer alan komanda İslandiya ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VII qrup

13 noyabr

14:00. Azərbaycan – İslandiya

Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).

Kişinyov, “Zimbru-2” stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью