Avropa çempionatı: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub olub

28.08.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью