Icma.az bildirir, Cebheinfo portalına istinadən.
3x3 basketbol üzrə Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında həlledici oyunlara start verilib.
"Cebheinfo.az" xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 1/4 finalda Fransa seçməsi ilə qarşılaşıb və rəqibinə 20:15 hesabı ilə qalib gəlib.
Yarımfinalda rəqib İspaniya millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin