Avropa çempionatı: Azərbaycan millisinin əsas mərhələdəki oyunlarının təqvimi bəlli olub

06.02.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

U-19 martın 27-də, saat 22:00-da Xorvatiya ilə, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью