Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələnin ikinci raundundakı rəqibləri bəlli olub YENİLƏNİB

10.12.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2025/2026 mövsümü üzrə ikinci raundunun püşkü atılıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının ikinci qrupunda yer alan U-17 millimiz Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq.

15:15

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2026/2027 mövsümü üzrə birinci seçmə mərhələnin püşkü atılıb.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

İkinci qrupda yer alan U-17 millimiz Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Komandamızın oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

11 noyabr 2026-cı il
Almaniya - Azərbaycan

14 noyabr
Şimali İrlandiya - Azərbaycan

17 noyabr
Litva - Azərbaycan

Qeyd edək ki, qrupun oyunları Almaniyada keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью