Avropa çempionatı Azərbaycanda keçiriləcək

09.11.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Azərbaycan 2026-cı ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyası (CEV) məlumat yayıb.

Azərbaycan, Türkiyə, Çexiya və İsveçlə birlikdə bu qitə çempionatını təşkil edəcək. Hər ölkədə bir qrupun oyunları oynanacaq, pley-off və final qarşılaşmaları isə Türkiyədə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью