Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

07.10.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanın daha bir təmsilçisi Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, bu dəfə Bilalhəbaşi Nəzərov (50 kq) həlledici döyüşə vəsiqə qazanıb.

O, yarımfinalda Lonut Razvan Panainteyə (Rumıniya) qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Banuçiçək Nəsirli (48 kq) həlledici döyüşə vəsiqə qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью