Avropa çempionatı: Azərbaycanın U 21 millisi Çexiyaya məğlub olub

10.10.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Moderator.az xəbər verir ki, səfərdə Çexiya ilə qarşılaşan Rəşad Eyubovun baş məşqçisi olduğu komanda rəqibinə 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib - 1:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью