Avropa çempionatı: Azərbaycanİsveç matçının hakimləri məlum oldu

30.11.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Məlumata görə, matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.
Görüşün referiləri Aslan Qalayev, Turekhan Tursumbayev və Nurlybek Kalimaqanbetov olacaqlar.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-İsveç qarşılaşması saat 20:00-da start götürəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью