Avropa çempionatı: Belçika Bakıda Rumıniyanı məğlub edib

25.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında Belçika Rumıniyanı məğlub edib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:21, 25:20, 25:17) hesabı ilə yekunlaşıb.

Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью