Avropa çempionatı: Beş güləşçimizdən 3 ü yarımfinala yüksəldi | Icma.az
Icma.az bildirir, Fanat saytına əsaslanaraq. Güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçilərinin mübarizəsi start götürüb.
Azərbaycan millisinin 5 “klassik”i xalçaya çıxıb. Onlardan üçü yarımfinala yüksəlib. Eldəniz Əzizli çempionata 1/4 finaldan başlayıb.
O, gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib.
Murad Məmmədov 1/8 finalda Qleb Makarankaya (UWW) 6:1 hesabı ilə qalib gəlib.
1/4 finalda xorvatiyalı İvan Lizatoviçi tam üstünlüklə (9:0) məğlub edən güləşçimiz yarımfinala adlayıb.
İslam Abbasov isə 1/16 finalda Şimon Şimonoviçə (Polşa) 4:0, 1/8 finalda niderlandlı Marsel Sterkenburqa 4:1 hesabı ilə qalib gəlib.
Ardınca norveçli Eksos Mukubuya 3:1 hesabıyla qalib gələn “klassik”imiz yarımfinala yüksəlib.
Tam oxu
Xəbəri oxu