Avropa çempionatı: Bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bratislava, 5 sentyabr, Cavid Əliyev, AZƏRTACSlovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən Əbil Yusubov və Süleyman Şükürov mübarizə aparacaq.Hər iki idmançı yarışa 1/16 finaldan qoşulacaq.Ötən gün cüdoçularımızdan Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl medal qazanıblar.Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu