Avropa çempionatı: Daha 5 cüdoçumuz startı gözləyir

25.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı tatamiyə çıxacaq.

Kişilər
81 kq

Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşəcək.

Ömər Rəcəbli 1/16 finalda Jon Vrenozi (Albaniya) - Eetu İhanamaki (Finlandiya) cütünün qalibini gözləyir.

90 kq
Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşacaq.

Qadınlar
70 kq

Günel Həsənli 1/32 finalda Anna Oleynik-Korniyenko (Ukrayna), Südabə Ağayeva Adelina Novitski (İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью