Avropa çempionatı: Gürcüstanın basketbol millisi İspaniyanı məğlub edib

28.08.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 avqust, AZƏRTAC

Kişi basketbolçular arasında Avropa çempionatında I turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, C qrupunda Gürcüstan millisi İspaniya ilə qarşılaşıb. Görüş gürcülərin 83:69 hesablı qələbəsi ilə yekunlaşıb.

D qrupunda isə İsrail İslandiyanı məğlub edib – 83:71.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью