Avropa çempionatı: İki güləşçimizdən start, Kolesnikin medal şansı

10.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 4-cü günündə qadın güləşçilər xalçaya çıxacaq.

Beş çəkidə mübarizəyə start veriləcək, digər 5 kateqoriyada isə təsəlliverici görüşlər və medal qarşılaşmaları baş tutacaq. Azərbaycan millisinin iki güləşçisi başlayacaq, biri medal görüşünə çıxacaq.

Qadın güləşi
10 aprel

57 kq
Jalə Əliyeva 1/4 finaldan mübarizəyə başlayacaq. O, Maqdalena Qlodek (Polşa) - Qrasiela Dias (İspaniya) duelinin qalibini sınağa çəkəcək.

62 kq
Ruzanna Məmmədov 1/8 finalda xalçaya çıxacaq. O, almaniyalı Luisa Niemeşlə qarşılaşacaq.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью