Avropa çempionatı: İspaniya finalda İngiltərə ilə qarşılaşacaq

24.07.2025

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə qadınlar arasında Avropa çempionatının son finalçısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Almaniyanı əlavə vaxta məğlub edən (1:0) İspaniya seçməsi finala adını yazdırıb. Onların həlledici oyundakı rəqibi İngiltərə yığması olacaq.

Final iyulun 27-də təşkil olunacaq.

Qeyd edək ki, turniri ən çox qazanan komanda Almaniya millisidir – 8 dəfə.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью