Avropa çempionatı: “Klassik”lərimiz mübarizəyə başlayır, Jalə Əliyevanın bürünc şansı

11.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq, qadınların yarışına yekun vurulacaq.

Azərbaycan millisinin 5 “klassik”i xalçaya çıxacaq. Qadın güləşində isə Jalə Əliyeva bürünc qarşılaşmasında gücünü sınayacaq.

Avropa çempionatı
11 aprel

Qadın güləşi
57 kq

Jalə Əliyeva bürünc uğrunda Yenna Hemiae ilə qarşılaşacaq.

Yunan-Roma güləşi
55 kq

Eldəniz Əzizli çempionata 1/4 finaldan başlayacaq. Onun rəqibi Koriun Sahradian (Ukrayna) – Vaxtanq Lolua (Gürcüstan) cütünün qalibi olacaq.

63 kq
Murad Məmmədov 1/8 finalda Qleb Makaranka (UWW) ilə üz-üzə gələcək.

77 kq
Sənan Süleymanov 1/8 finalda türkiyəli Ahmet Yılmazla qarşılaşacaq.

87 kq
İslam Abbasov 1/16 finalda Şimon Şimonoviçlə (Polşa) görüşəcək.

130 kq
Beka Kandelaki 1/8 finalda Mixailo Vışnyetski (Ukrayna) ilə üz-üzə gələcək.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью