Avropa çempionatı: Millimiz Batumidə ikinci oldu

15.10.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Batumidə (Gürcüstan) keçirilən Avropa çempionatının son turunda məğlub olub. Sport24.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub - 1:3.

Yekunda İngiltərəni 2,5:1,5 hesabı ilə məğlub edən Ukrayna 15 xalla birinci olub və qitə çempionluğunu qazanıb.

Əlavə göstəricilərə görə (hər ikisi 13 xal) Serbiyanı qabaqlayan millimiz ikinci, Serbiya isə üçüncü olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью