Avropa çempionatı: Millimiz növbəti oyununa çıxır

18.11.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Apasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.

Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok ABL: VII tura yekun vurulub ABL: VII turun daha üç oyunu keçiriləcək Millimiz bu dəfə də məğlub oldu Yığma komandamız Monteneqronu qəbul edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью