Avropa çempionatı: Millimiz qrupda sonuncu matçını keçirəcək

24.02.2025

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

B Liqasının IV qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью