Avropa çempionatı: Millimiz seçmə mərhələdə ilk oyununa çıxacaq

26.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью