Avropa Çempionatı: Millimiz seçmə mərhələdə növbəti oyununa çıxacaq

29.11.2024

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.

B Liqasının V qrupunda yer alan yığma Estoniya ilə qarşılaşacaq.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью