Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatını 5 medalla başa vurub.

Axar.az xəbər verir ki, yığma yarışın 3-cü günündə daha 2 mükafat qazanıb. Ayxan Cavadov (60 kiloqram) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kiloqram) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Roman Kərimov (67 kiloqram) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl Emin Cavadlı (55 kiloqram) qızıl, Cavidan Nehmətovla (77 kiloqram) Orxan Hacıyev (87 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью