Avropa çempionatı: Püşkatma yenidən keçiriləcək

23.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Monteneqroda keçiriləcək Avropa çempionatında qarışıq komanda yarışlarının püşkatması təkrarlanacaq.

İdman.biz xəbər verir ki, bu barədə Avropa Cüdo İttifaqı məlumat yayıb.

Dünən keçirilən püşkatma zamanı yarış təlimatlarının pozularaq 8 komanda əvəzinə yalnız 4 komanda səbətlərə səpələnib. Bu gün final blokundan öncə fasilə zamanı növbəti dəfə püşkatma baş tutacaq.

Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması İtaliya ilə qarşılaşmalı idi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью