Avropa çempionatı: Rəşid Məmmədəliyev yarımfinalda

24.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib.

Rəşid britaniyalının ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədəliyev 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

O, bu mərhələdə Danil Lavrentevlə (İJF) münasibətinə aydınlıq gətirəcək.

Avropa çempionatı: İlk gündə 5 cüdoçumuz tatamiyə çıxacaq Cüdoçularımızın rəqibləri bəlli olub Millimiz 12 komanda ilə qarşılaşacaq Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью