Avropa çempionatı Tbilisidə keçiriləcək

28.03.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Tbilisi 2026-cı ildə cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

İdman.biz xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth ilə görüşündə yarışın təfərrüatlarını müzakirə edib.

Baş nazir Gürcüstan hökumətinin 2026-cı ildə cüdo üzrə Avropa çempionatının yüksək səviyyədə təşkilini təmin edəcəyini bildirib.

Qitə turnirinin keçirilməsi ilə bağlı müqaviləni Laslo Toth, Gürcüstanın idman naziri Şalva Qoqoladze və Gürcüstan Cüdo Federasiyasının rəhbəri Levan Nozadze imzalayıblar. Yarış 2026-cı il aprelin 23-26-da Tbilisidə keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью