Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Avropa çempionatı üçün tikilmiş stadion dağıldı - Video
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Portuqaliyada "Kristin" qasırğası nəticəsində “Leyriya” futbol klubunun stadionu yararsız hala düşüb.
QOL.az xəbər verir ki, "Maqalyanis Pessoa" adlı arena 2004-cü ildə keçirilən Avro çempionatı üçün inşa edilib. Stadion Avropa çempionatının ən gözəl arenalarından biri olub.
Güclü külək nəticəsində stadionun ətraf konstruksiyalarının bir hissəsi dağılıb, ən ciddi ziyan isə onun damına dəyib.
Atıq Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Leyriya" klubunun "Pasuş de Ferreyra" ilə oyunu təxirə salınıb.
Qeyd edək ki, stadionun tamaşaçı tutumu 23 888 nəfərlik olsa da, 5 478 yer də artırmaq mümkündür.