Avropa çempionatı: XorvatiyaAzərbaycan oyununun hakimləri açıqlanıb AZƏRTAC

10.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, matçı Moldova və Estoniyadan olan hakimlər idarə edəcək.

Görüşün birinci hakimi Viktor Buqenko (Moldova), digərləri isə Qriqori Oşomkov və Yaqnar Yakobson (Estoniya) olacaq. Stefan Kammerer (Almaniya) isə qarşılaşmanın UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Yanvarın 31-də Pula şəhərində yerləşən “Mate Parlov”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью