Avropa çempionatında 10 medal

02.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

Qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın daha 3 cüdoçusu fəxri kürsüdə yer alıb. Ömər Axundov (90 kiloqram) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.

Daha əvvəl Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram) və Sadiq Məmmədov (73 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью