Avropa çempionatında 11 ci yer

31.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Estoniyanın paytaxtı Tallində keçirilən yarışda kişilərin fərdi yarışlarına start verilib.

Azərbaycan idmançısı Vladimir Litvintsev də qısa proqramda bacarığını nümayiş etdirib. Onun çıxışı 77,86 xalla qiymətləndirilib. Təmsilçimiz 11-ci yeri tutub.

Qeyd edək ki, 34 iştirakçıdan 24-ü fevralın 1-də sərbəst proqramda çıxış etmək hüququ qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью