Avropa çempionatında 2 qızıl, 1 bürünc

07.09.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

Dünən – üçüncü yarış günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxıb.

Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq) və Nigar Süleymanova (+78 kq) ilk görüşdə məğlub olaraq qitə birinciliyi ilə erkən vidalaşıblar.

90 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Aslan Kotsoyev birinci görüşündə Macarıstan idmançısı Leventr Kissə ipponla qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Lakin idmançımız bu mərhələdə gürcüstanlı dünya çempionu Luka Cavaxişviliyə məğlub olaraq mübarizəni dayandırıb.

Beləliklə, cüdoçularımız Avropa çempionatını fərdi yarışlarda 2 qızıl, 1 bürünc medalla başa vurub.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью