Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb. Yarışın son günündə Azərbaycan milli komandası 2 qızıl və 4 bürünc medal qazanıb.
Xədicə Qədəşova (57 kq) və Davud Namazlı (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aytən Verdiyeva (57 kq) və Canpolad Əliyev (kq) isə bürünc medala layiq görülüblər.
Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (63 kq) üçüncü olmuşdu.
Beləliklə, 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız 33 ölkənin iştirak etdiyi Avropa kubokunu üçüncü pillədə tamamlayıb.
Qabil YUSİFOĞLU
XQ