Avropa çempionatında 5 medal

12.11.2024

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kq) və Esmanur Azayeva (36 kq) qızıl, Şahin Abdullayev (48 kq) və Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Leyla QURBANOVA 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью