Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanın iki paraüzgüçüsü Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu gün start götürəcək qitə çempionatında ölkəmizi S12 kateqoriyasında Raman Saley, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçü Əli Vəliyev təmsil edəcək.
Turnirə sentyabrın 12-də yekun vurulacaq.