Icma.az, Idman.biz saytına istinadən bildirir.
17 yaşadək boksçular arasında Avropa çempionatında bu gün yarışların ikinci günü keçiriləcək.
İdman.Biz xəbər verir ki, Monteneqronun Budva şəhərində təşkil olunan turnirdə Azərbaycan millisinin daha beş üzvü mübarizəyə qoşulacaq.
Gündüz sessiyasında Aydan İsmayıllı 48 kq çəki dərəcəsində irlandiyalı Meysi Daffi O Konnorla qarşılaşacaq. Alsu Yafarova 54 kq-da Belarus təmsilçisi Hanna Belyankova ilə, Fidan Bakarova isə 63 kq-da yunanıstanlı Dimitra Karpocilou ilə üz-üzə gələcək.
Axşam sessiyasında Cəmilə Muradlı 57 kq-da rumıniyalı Sara Persa ilə 1/8 final döyüşünə çıxacaq.
Şükür Əliyev isə 80 kq çəki dərəcəsində polşalı İqor Tomiçeklə 1/16 finalda qarşılaşacaq.
Gündüz sessiyası Bakı vaxtı ilə saat 16:00-da, axşam sessiyası isə 20:00-da başlayacaq.