Avropa çempionatında ilk rəqiblərimiz müəyyənləşdi

25.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.

Ölkəmiz qitə birinciliyində ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Qeyd edək ki, sabah start götürəcək çempionata ayın 29-da yekun vurulacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью