Avropa çempionatının püşkü Baridə atılacaq

02.10.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 4-də final mərhələsi 2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, püşkatma mərasimi şənbə günü Bari şəhərində baş tutacaq. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.

Yarışın biletləri bu il noyabrın 7-də satışa çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью