Avropa çempionatının qrup mərhələsinə yekun vuruldu

05.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Basketbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, ən böyük sensasiya hazırkı çempion İspaniya millisinin pley-off mərhələsinə çıxa bilməməsidir.

İspanlar son turun oyununda Yunanıstan millisinə məğlub olaraq qrupda 5-ci yeri tutublar.

Beləliklə Avropa çempionatının 1/8 final oyunlarının bütün iştirakçıları müəyyənləşib.

Almaniya - Portuqaliya, Litva - Latviya, Türkiyə - İsveç, Serbiya - Finlandiya, Yunanıstan - İsrail, Polşa - Bosniya və Herseqovina, İtaliya - Sloveniya, Fransa - Gürcüstan.

Qeyd edək ki, 1/8 finalın oyunları sentyabrın 6 və 7-də keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi

Dünən keçirilən oyunların nəticələri

Fransa - İslandiya 114:74;

Bosniya və Herseqovina - Gürcüstan 84:76;

İsrail - Sloveniya 96:106;

İtaliya - Kipr 89:54;

İspaniya - Yunanıstan 86:90;

Polşa - Belçika 69:70.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью