Avropa çempionları bu gün Bakı turuna çıxır

07.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası bu gün - 7 iyun tarixində azarkeşlərlə bir araya gələcək.

Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaqlar. Daha sonra yığma üzvləri onlar üçün ayrılan xüsusi avtobusla şəhər turuna çıxacaqlar.

Futbolçular Avropa çempionluğu sevincini azarkeşlərlə birlikdə qeyd edəcəklər.

Qeyd edək ki, Slovakiyanın Bratislavada şəhərində keçirilən turnirdə minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Elşad Quliyevin baş məşqçisi olduğu komanda finalda Ukrayna komandasına 2:0 hesabı ilə qalib gəlib. Minifutbolçularımız ilk Avropa çempionluğunu 2022-ci ildə qazanıblar. Ötən il isə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью