Avropa çempionu 65 yaşında vəfat edib

15.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

SSRİ yığmasının tərkibində yunan-Roma güləşi üzrə Avropa çempionu olmuş Minseit Tazetdinov 65 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keçmiş güləşçi uzun sürən xəstəlikdən sonra ölüb.

Qeyd edək ki, əməkdar idman ustası olan M.Tazetdinov 1984-cü ildə Avropa çempionu, 1985-ci ildə isə bu yarışın gümüş mükafatçısı olub. O, həmçinin 1985-ci ildə keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью