Avropa çempionu həbs edildi FOTO

05.04.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Uzunluğa tullanma üzrə Avropa çempionu Petar Daçev Bolqarıstanda kokain qaçaqmalçılığına görə həbs edilib.

Manset.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

İdmançı təxminən 5 milyon leva (təxminən 2,5 milyon avro) dəyərində olan 30 kq kokainin daşınmasında iştirak edib. Məhkəmə onun həbsdə saxlanmasına qərar verib.

Qedy edək ki, 45 yaşlı atlet gənclər arasında dünya çempionu (1998), açıq havada Avropa çempionatının (1998) və qapalı məkan çempionatının (2002) bürünc mükafatçısı olub. 2000-ci ildə Nikosiyada qapalı məkanda keçirilən Avropa çempionatında 8.30 metr hündürlüyə tullanan idmançı Bolqarıstan tarixində dördüncü ən yaxşı nəticəni göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью