Avropa çempionu Juninyonun komanda yoldaşı oldu

07.06.2025

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya millisinin heyətində Avropa çempionu olan Jorjinyo “Arsenal”dan ayrıldıqdan sonra özünə yeni klub tapıb.

Xalqcebhesi.az xəbər verir ki, 2025-ci ildə klublararası dünya çempionatında çıxış edəcək Braziliyanın “Flamenqo” klubu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladığını açıqlayıb.

33 yaşlı Jorjinyo 2023-2025-ci illərdə “Arsenal”ın formasını geyinib. O, əvvəllər “Çelsi” və “Napoli”də çıxış edib.

Qeyd edək ki, “Flamenqo”da “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio çıxış edir. O, qışda Braziliya təmsilçisinə 5 milyon avroya transfer olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью