Avropa çempionu karyerasını bitirdi

11.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Portuqaliya millisinin sabiq qapıçısı Rui Patrisiu karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper özü paylaşım edib.

Patrisiu Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olub, 2019-cu ildə isə Millətlər Liqasını qazanıb.

“Sportinq”in yetirməsi olan qolkiper “Roma”, “Atalanta“, “Əl Əyn” kimi klublarda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью