Avropa çempionu olan futbolçu bərbərlik etməyə başlayıb İdman və Biz

13.11.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya millisi ilə AVRO-2024-ün qalibi olan Niko Vilyams maraqlı görüntülərlə gündəmə gəlib.

İdman.biz xəbər verir ki, onun sosial şəbəkələrdə bərbərlik etdiyi video yayılıb.

Daim maraqlı saç kəsimləri ilə fərqlənən futbolçu bu dəfə özü bu işi görməklə bacarığını ortaya qoyub. Görüntülər Nikonun şərəfini qoruduğu “Atletik”in təmsil etdiyi Bilbaoda çəkilib.

Qeyd edək ki, İspaniya ilə Avropa çempionu olan Niko milli komandada meydana çıxdığı 22 oyunda 4 qolla yadda qalıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью