Avropa çempionu olan sərbəst güləş millimiz Vətənə qayıdıb

10.04.2025

Icma.az bildirir, Cbcsport saytına əsaslanaraq.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.

Onları daşıyan təyyarə Beynəlxalq Hava Limanına eniş edib.

Güləşçiləri hava limanında, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, yarışı 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vuran yığma 119 xalla komanda hesabında birinci yeri tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью