Avropa çempionu Qətərdə klubunu dəyişib

08.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 iyul, AZƏRTAC

İtaliya millisinin sabiq futbolçusu Marko Veratti Qətər çempionatında qalıb.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkənin digər təmsilçisi "Əl-Duhail"ə keçib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, son olaraq "Əl-Ərəbi"də çıxış edib.

Qeyd edək ki, Marko Veratti 2021-ci ildə İtaliya yığmasının heyətində Avropa çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью