Avropa çempionu sabah mübarizəyə başlayır FOTO İdman və Biz

13.12.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəhreyndə ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarışda iştirak edən idmançılarımızla görüşüb.

Qurumun sosial şəbəkələrdəki səhifəsində yayılan məlumata görə, Umudov yarışda çıxış edəcək atletimiz, 2024-cü ilin Avropa çempionu Dadaş Dadaşbəyliyə federasiya rəhbərliyi adından uğurlar arzulayıb.

Qeyd edək ki, dünya çempionatında 109 kq çəki dərəcəsində yarışan Dadaşbəyli dekabrın 14-də mübarizəyə başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью