Avropa çempionu sıradan çıxdı Bu mövsüm daha meydana çıxmayacaq

02.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London "Arsenal"ının yarımmüdafiəçi Mikel Merinonun "Mançester Yunayted"lə oyunda (2:3) aldığı zədənin təfərrüatları bəlli olub.

Fanat.Az xəbər verir ki, Premyer Liqanın lideri 29 yaşlı yaşlı futbolçunun durumu ilə bağlı açıqlama yayıb.

Tibbi müayinə zamanı ispaniyalıya sağ ayağında sümük zədəsi diaqnozu qoyulub. O, tezliklə əməliyyat olunacaq və bundan sonra İspaniya millisinin üzvü uzun bir reabilitasiya dövrü keçirəcək.

Beləliklə, baş məşqçi Mikel Arteta 33 oyunda (6 qol və 3 məhsuldar ötürmə) iştirak edən Merinoya cari mövsümünün sonuna qədər güvənə bilməyəcək.

İspan futbolçu karyerası ərzində "Osasuna", "Borussiya Dortmund", "Nyukasl", "Real Sosyedad" və "Arsenal"da oynayıb. O, həmçinin İspaniya millisində 40-dan çox oyun keçirib və 2024-cü il Avropa Çempionatının qalibi olub.

Merinonun "Arsenal"la müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.

Artetanın komandası 24 oyundan sonra 53 xalla hazırda Premyer Liqanın turnir cədvəlinə başçılıq edir və ən yaxın rəqibi "Mançester Siti"dən 6 xal qabaqdadır.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью