Avropa çempionu taekvondoçularla görüş keçirilib

12.11.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində taekvondo üzrə kiçik yeniyetmələr arasında keçirilmiş Avropa birinciliyində yüksək nəticə əldə etmiş milli komandamızın üzvləri ilə görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev, baş katib Aygül Abdullayeva və milli komandanın məşqçiləri iştirak ediblər.

Tədbir çərçivəsində Niyaməddin Paşayev bu nəticənin Azərbaycan taekvondosu üçün böyük uğur olduğunu vurğulayıb. Həmçinin vitse-prezident iştirakçılara gələcək karyeralarında uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları Avropa birinciliyini 5 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub.

Qaşim Maqomedov: “Daha çox hazırlaşsaydım, qızıl medal qazana bilərdim” Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur” Taekvondoçumuz dünya üçüncüsü olub Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью